“Vivo” şirkəti “6G” rabitəsi sahəsində tədqiqatlara başlayır

Date:

Paylaş:

Dünyanın ən böyük smartfon tədarükçülərindən biri Çinin “Vivo” şirkəti altıncı nəsil mobil rabitə texnologiyaları (6G) sahəsində tədqiqatlara başlayır.

Hazırda kommersiya beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) bazarı yenicə təşəkkül tapır. “5G” nəzəri baxımdan 20 Qbit/saniyə sürətində buraxılış qabiliyyətini təmin edə bilsə də, belə sürət hələ ki əlçatmaz görünür.

Bununla belə, əksər elmi təşkilatlar və aparıcı telekommunikasiya şirkətləri artıq “6G” sahəsində tədqiqatların aparılmasına başlayıb. Bu dəfə müvafiq təşəbbüslə “Vivo” tədqiqat institutunun rabitə sahəsində rəhbəri Tsin Fey çıxış edib.

Onun sözlərinə görə, “Vivo” tərəfindən əməkdaşları “6G” sahəsində tədqiqatların və işləmələrin aparılması ilə məşğul olacaq xüsusi komanda formalaşdırılıb. Bölmə Çinin və xarici ölkələrin ali məktəbləri ilə qarşılıqlı fəaliyyət göstərəcək.

Proqnozlara görə, “6G” şəbəkələri məlumatları 1 Tbit/saniyə sürətində ötürməyə imkan verəcək ki, bu da keyfiyyətcə yeni servislərin yaranmasına səbəb olacaq. İlk altıncı nəsil rabitə sistemlərinin 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

©İctnews

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...