“Vivo” şəlaləli smartfon təqdim etmiş ilk şirkət olmuşdur. Lakin bu, onun bizə təqdim etdiyi yeganə yenilik olmamışdı.
“Vivo” şirkəti həmçinin yeni ödəmə xidmətini təqdim edib – “Vivo Pay”. Hələki xidmət yalnız Çində işləsə də, qısa zamanda istehsalçının güclü olduğu digər ölkələrlə də əməkdaşlıq etməsi gözlənilir.
“Vivo Pay” kartı şirkətin yeddi smartfon modeli ilə dəstəklənir. Xidməti dəstəkləyən bankların sayı isə 18-ə çatır.
Digər ödəmə sistemlərində olduğu kimi, “Vivo Pay” da NFC texnologiyasına əsaslanır.