Əsas səhifə Biznes sahələri Texnologiya “Vivo” şirkəti yeni “Nex 3” smartfonunu təqdim edib

“Vivo” şirkəti yeni “Nex 3” smartfonunu təqdim edib

107
Paylaş

Çinin “Vivo” şirkəti yeni “Nex 3” smartfonunu nümayiş etdirib.

Qurğu üçlü əsas kamera, irəliyə çıxan ön kamera və “şəlalə ekran” ilə təchiz edilib.

Smartfon üst səthin 99,6 faizini əhatə edən 6,89 ekran, 64, 13 və 13 meqapikselli arxa və 16 meqapikselli ön kamera, 44 vat gücündə sürətli enerji doldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatora malikdir.

“Nex 3” smartfonunun aparat əsasını “Snapdragon 855 Plus” prosessoru, 8 və ya 12 giqabaytlıq operativ və 128 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Bundan başqa, fiziki düymələr toxunuşla hiss edilən sensor düymələrlə əvəzlənib. Smartfon versiyalarından biri beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyir.