Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Visa” və “MasterCard” Rusiya bazarından gedir?

“Visa” və “MasterCard” Rusiya bazarından gedir?

89

KİV -də yayılan məlumatlara görə, Beynəlxalq ödəmə sistemləri “Visa” və “MasterCard” Rusiya bazarından gedə bilər.

“Kommersant” nəşrinin bildirdiyinə görə, bu hadisə iyulun 23-də Dövlət Dumasının ikinci oxunuşda baxacağı “Milli Ödəmə Sistemi” haqqında qanun layihəsinə düzəliş ilə bağlıdır.

Nəşrin qeyd etdiyinə, əsasən belə təşəbbüsün səbəbi Rusiyada kart ödənişlərinin davamlılığının təmin edilməsi məqsədi daşıyır.

Sənədə, əsasən yeni qəbul olunma ehtimalı olan tələblər ölkədəki bütün xarici ödəmə sistemlərinə təsir edəcək.

Bildirilir ki, yeni qaydalara görə, ödəmə sistemləri beynəlxalq sanksiyalar altına düşmüş bank kartları ilə hesablamaları dayandırmalıdır.

Nəşr qeyd edir ki, nə “Visa”, nə də “Mastercard” yeni qaydaları yerinə yetirə bilməyəcək, çünki onlar baş ofisin göstərişlərinə məhəl qoymaya bilməzlər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here