Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Visa” və “Mastercard” “Libra”nı maliyyələşdirməkdən imtina edirlər

“Visa” və “Mastercard” “Libra”nı maliyyələşdirməkdən imtina edirlər

85
Paylaş
Libra

“Visa” və “Mastercard” korporasiyaları, eləcə də bir sıra digər maliyyə təşkilatları “Facebook” ilə əməkdaşlıqdan imtina etmək niyyətindədirlər. Ödəmə sistemləri “Libra” elektron valyutasının inkişaf elətdirilməsinə qarşı çıxıblar.

Bu haqda mənbələrə istinadən “The Wall Street Journal” məlumat verib.

Onların verdiyi məlumata görə, bunun əsas səbəbi şirkətin inkişaf elətdirdiyi kriptovalyutanın Avropa və Amerika səlahiyyətləri tərəfindən tənqid edilməsidir. Belə ki, ABŞ-ın maliyyə naziri Steven Mnuchin, iyul ayında ABŞ administrasiyasının “Libra”-nın çirkli pulların yuyulması ilə məşğul olan şəxslər tərəfindən istifadə edilə biləcəyindən narahat olduğunu” qeyd etmişdir.

ABŞ prezidenti Donald Trampın fikrincə, “Libra” “sabitliyi və etibarlılığı” təmin edə bilmir. G7 təşkilatına daxil olan ölkələrin maliyyə nazirləri kriptovalyutanın beynəlxalq pul sisteminin fəaliyyətinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, “Facebook” kriptovalyutasını 2020-ci ildə buraxmağı planlaşdırdığını bildirib. Şirkətin nümayəndələri qeyd edirlər ki, rəqəmsal valyuta ilə köçürmələri etmək çox asan olacaq. Daha əvvəl “Visa”, 2Mastercard”, “PayPal” və “Uber” kimi böyük şirkətlər “Libra” ya 10 milyon dollar sərmayə qoymaq niyyətində olduqlarını bildirmişdirlər.