“Visa” ödəmə sistemi fintex xidməti aqreqatoru olan “Plaid” i satın alır. Satınalmanın dəyəri 5,3 milyard dollar təşkil edib.
Bizplus.az xəbər verir ki, bu barədə “Visa” ya istinadən “Financial Times” məlumat verib.
İcraçı direktor və direktorlar şurasının sədri vəzifələrini icra edən Ela Kellinin sözlərinə görə, bu satınalma, şirkətin “satıcıların müştərilərlə əlaqələndirilməsindən istehlakçıların rəqəmsal maliyyə xidmətləri ilə əlaqələndirilməsinə qədər” təkamülünü sübut edir. Onun qiymətləndirmələrinə görə, iki şirkətin birləşməsi “ümumi bazarı genişləndirməklə yanaşı, gəlir artımını sürətləndirəcək”.
qeyd edək ki, “Plaid” – maliyyə planlaşdırma tətbiqetmələrinə (məsələn, “Mint” və “Acorns”), habelə pul köçürmələri tətbiqetmələrinə (“Venmo”) xidmət göstərən aqreqatordur. İki il əvvəl şirkət 2,65 milyard dollar dəyərində qiymətləndirilmişdir.
Saziş “Visa” ya müştəri məlumatları mübadiləsi zamanı yeni təhlükəsizlik səviyyəsinə keçməyə və müştəri hesablarını bölüşmək istəməyən banklarla əlaqələri gücləndirməyə kömək edəcək.