Yanvar ayının ortalarında “Visa”, istifadəçilərə “Venmo” və “Cash App” kimi ödəniş tətbiqetmələrindəki hesablarını bank hesabları ilə əlaqələndirməyə kömək edən “Plaid” startapını satın aldığını elan edib. Qeyd edildiyi kimi, müqavilənin dəyəri 5,3 milyard dollar təşkil edib və bu, “Plaid” in iki qat bahalaşması deməkdir. Səkkiz il əvvəl San-Fransiskoda qurulmuş bu şirkət ötən il 2,65 milyard dollar dəyərində qiymətləndirilmişdir.
Bizplus.az xəbər verir ki, müştəri sayını 2600 nəfərədək artıraraq, startap təkcə ABŞ-da deyil, eyni zamanda Böyük Britaniya, İspaniya, Fransa və İrlandiyada da fəaliyyət göstərir.
“Visa” nın əsas məqsədi “Plaid” in potensial gəlirini əldə etmək deyil, çünki ödəmə sisteminin bazar kapitallaşması təxminən 420 milyard dollar, illik gəliri isə 23 milyard dollar təşkil edir. 2019-cu ildə “Plaid” in gəliri 100-200 milyon dollar arasında dəyişib və bu o deməkdir ki, “Visa” startapın satış həcmindən 35 dəfə çox olan məbləği ödəyib.
Əslində, “Visa” nın “Plaid” startapını almaqda əsas iki məqsədi var. Birincisi, “Plaid” ABŞ-da olan fintex tətbiqetmələrin əksəriyyəti ilə işləyir (“Venmo”, “Square Cash”, “Chime”, “Acorns”, “Robinhood” və “Coinbase” daxil olmaqla), bu isə müştəri bazasının genişləndirilməsi deməkdir. İkincisi, “Visa” maliyyə texnologiyaları sahəsində analoqu olmayan şəbəkəyə malikdir, bunun köməyi ilə “Plaid” startapını qlobal səviyyəyə çıxarmağa mümkün olacaq.
Qeyd edək ki, “Plaid” in təsisçilərindən biri 32 yaşlı Zak Parretdir. O, və startapın digər təsisçiləri “Forbes” in ən gənc milyarderləri sırasındadırlar.