Virusdan rabitə və maliyyə sektoru daha az ziyan çəkib

Date:

Paylaş:

“Koronavirusun minimal təsirə məruz qoyduğu və yaxud təsir etmədiyi sektorlar işçilərinin yüksək əmək haqqı aldığı rabitə və maliyyə (bank, sığorta) sektorlarıdır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O, həmçinin deyir ki, virusun iqtisadiyyata təsirini azaltmaq üçün hazırlanmış proqramlarından biri mikro və fərdi sahibkarlığı əhatə edir: “Bu proqram 290 min mikro və fərdi sahibkarı əhatə edən bir proqramdır. Burada söhbət tək şəkildə və 10-a qədər işçisi olmaqla fəaliyyət göstərən yaxud 10 işçidən az olan muzdlu işçiləri olan sahibkarlardan gedir.

Bir qayda olaraq mikro sahibkarların maliyyə yastığı dardır. Prinsip etibarı ilə dövlət tərəfindən tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər ilk növbədə zərbəni bu sektora endirib. Bu sektoru qoruyub saxlamaq üçün dəstəyə ehtiyacvar. Biz burada baza kimi həmin mikro sahibkarların 2019-cu il ərzində həyaata keçirdiyi vergi ödənişlərinə istinaf edirik. Ödənişlərin, birbaşa yardımların edilməsində həmin bazaya əsaslanarıq”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...