“Virusa yoluxan kompüterlərə “Bitcoin” lazım olacaq” – Osman Gündüz

Date:

Paylaş:

Bir neçə gündür ki, “WannaCry” virusu dünyada yüz minlərlə kompüteri və informasiya sistemlərini sıradan çıxarıb. “Microsoft Windows” əməliyyat sistemi altında fəaliyyət göstərən kompüterlərə yoluxan bu virus kompüterlərdəki bütün informasiyaları şifrələyir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, virusun yaradıcıları informasiyaların deşifrə olunması və kompüterin normal vəziyyətə gətirilməsi üçün 300 – 600 ABŞ dolları tələb edirlər.

Onun sözlərinə görə, hər şey köhnə, klassik qaydadadır: “Yalnız bir dəyişiklik var. Hakerlər bu dəfə ödənişin yeni kriptovalyuta olan “Bitcoin”la olmasını tələb edirlər. Çünki bu ödəniş formasında ödənişin izini tapmaq olmayacaq”.
Mütəxəssis düşünür ki, bundan sonra “Bitcoin”in populyarlığı xeyli artacaq: “Çünki virusa yoluxan kompüterlər olsa, dərman olaraq məhz “Bitcoin” lazım olacaq. Bunun üçün də bu valyutanı qanuni olaraq tanımaq lazımdır. Hansı ki, əksər ölkələrdə bu proses artıq reallaşmaqdadır”.

© Lent.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...