Əsas səhifə Biznes Biznes məqalələri Virtual aləm texnologiyaları tibb işçilərinə insanların həyatını qurtarmaqda necə köməkçi olurlar

Virtual aləm texnologiyaları tibb işçilərinə insanların həyatını qurtarmaqda necə köməkçi olurlar

117
virtual tibb
virtual tibb

Virtual reallıq texnologiyalarından effektiv şəkildə istifadə oluna bilər və onlar  artıq tibdə tətbiq edilirlər. Məlumatın həkim tərəfindən 3D-proyeksiyada əldə edilməsi ( tomoqrafiya, rentgen aparatının üçölçülü nəticələri, USM və s.) həkimlərin iş keyfiyyətinin artmasına səbəb olur. İnteraktiv modellər və orqan konstruksiyaları cərrahi müdaxilə və təlim üçün  istifadə edilir.

Sağlamlığın qorunması, artırılmış reallıq və virtual aləm texnologiyaları üçün ən vacib praktiki tətbiq sahələrindən biridir. Müasir laporoskopik əməliyyatlarda endoskopdakı təsvir, intraoperativ anqioqrafiya zamanı alınan görüntü ilə tamamlanır. Bu, cərraha orqan daxilində şişin dəqiq harada yerləşməsini təyin etməkdə və bununla da həmin şişin əməliyyatı zamanı sağlam orqan hüceyrələrinin məhv olmasını minimuma endirməkdə kömək olur.

Xüsusi proqram təminatının köməyi ilə həkimlər xəstənin tarama testi əsasında individual protez modelləri işləyib hazırlaya bilərlər. Virtual aləm texnologiyası bazasında trenajor-simulyatorların yaradılması həkimlərin öyrənmə keyfiyyətinin yaxşılaşmasına, ona çəkilən xərclərin və həkim səhvlərinin azalmasına imkan verir.

Artırılmış reallıq sisteminin ən məşhur tibbi tətbiqi 2013-cü ildə böyrək əməliyyatlarının keçirilməsi zamanı informasiya dəstəyi üçün iPad-in istifadə edildiyi zaman olan keysdir. Planşet kamera vasitəsilə əməliyyat olunan orqanın görüntüsünü əldə edir və xəstənin müayinəsinin nəticələri və sorğu məlumatlarını da əlavə etməklə, onu öz ekranında canlandırır.

Bugün virtual və artırılmış reallıq texnologiyası cərrahiyyədə və təhsil məqsədləri üçün istifadə olunur. VR sayəsində minlərlə tələbə-həkim cərrah və onun köməkçisi tərəfindən keçirilən əməliyyatları izləyə, istənilən vaxt panoramik görüntüyə qoşula və çatda əməliyyatın gedişini müzakirə edə bilər.

2017-ci ildə Londondan olan neyrocərrahlar xəstənin beynində açıq cərrahiyyə əməliyyatı keçirib və bütün gedişatı 360 dərəcəli kameraya yazıblar. Əməliyyat otağında iki kamera quraşdırılıb: biri divara bərkidilərək 360 dərəcə panoramik çəkiliş rejimində işləyib, digəri isə həkimin alnına taxılıb ki, proses tam başdan yazıya alınsın.

Fundamental VR-in qurucusu Chris Skettergud deyib: “ Bütün VR prosesinin yazılması bizə əməliyyat prosesinin VR simulaysiyasında yaradılmasına başlamağa imkan verir. Bununla da cərrahlar təhlükəsiz virtual əməliyyat otağında prosedurların əsas etaplarını təcrübədən keçirə və bizim FeelReal VR-dən istifadə etməklə öz əlləri ilə müxtəlif tip hüceyrə teksturasını faktiki olaraq hiss edə bilərlər”.

Videoyazıda əməliyyata və cərrahın işinin hər bir mərhələsinə kard arxası məsləhətçi rəy bildirir. Çarxın prodüseri deyir ki, belə videolar  virtual aləmdə təlim əməliyyatları keçirmkdə gələcək həkimlərə yardımçı ola bilər.

2019-cu ilin iyun ayının əvvəllərində Avropa anestezioloqlar cəmiyyətinin illik toplantısında  araşdırmaçılar belə bir nəticəyə gəliblər ki, ortopedik prosedurlar zamanı yerli-regionar anesteziya altında keçirilən virtual reallıq seansları ağrını və damardaxili narkoz ehtiyacını azaldır.

Yerli keyitmənin baş ağrısı, ürəkbulanma və yuxululuq kimi yan təsirlərinin olduğunu nəzərə alsaq deyə bilərik ki, yeni metodun üstünlüyü bu yan təsirlərin olmaması və tez bir zamanda bərpa olunmadadır. Bundan başqa, virtual reallıq təsiri altında edilən gipnoz alternativ daxili anesteziyadır.

Psixiatriyada isə virtual reallıq  “ xəstəni anlamaq üçün dünyaya onun gözü ilə baxmaq lazımdır” prinsipi ilə istifadə olunur. Bunun üçün Viscira-nın Mindscape proqramı hazırlanıb. Onun köməyi ilə xəstənin yaxınları şizofreniya və başqa bu kimi xəstəliklərdə insanın halını daha yaxşı başa düşə biləcəklər. Bu proqram həm də tələbələr üçün nəzərdə tutulub.

Ümumiyyətlə, psixoloqlar və psixiatrlar virtual aləm texnologiyasına hələ Oculus və ya HTC Vive tipli eynəklərin yaranmasından qabaq diqqət göstəriblər. Son 20 ildə VR-in psixoterapiya vasitəsi kimi klinki tətbiqi elmi ədəbiyyatda qeyd olunur. Bunu, Cənubi Kaliforniya Universitetinin Yaradıcı texnologiyalar üzrə virtual tibbi reallıq bölməsinin direktoru, professor  Albert “Skip” Rizzo deyir.

Virtual reallığın köməyi ilə PTSP ( posttravmatik stress pozuntusu ) müalicə olunur,“əfqan sindromu” adını almış veteranlara yardım psixoloji mərkəzləri bu texnologiya ilə işləyirlər. İnsultdan sonra xəstənin sağalması ilə də virtual reallıq müalicə mərkəzləri məşğul olur. Burada həm də autizm xəstələri üçün  proqram var və onun köməyi ilə xəstə cəmiyyətə uyğunlaşır.

Fobiyanı müalicə mərkəzləri də  bu istiqamətdə Cyberpsychology-dən istifadə edirlər.

Təsiri canlandırmq üçün 3D-səhnələr təşkil olunur və o da xüsusi terapiya üçün çoxlu virtual ssenarilərdən ibarətdir. Görüntüyə həm də səs, müxtəlif vibrasiyalar və qoxular da qoşulur.

Ssenarinin virtual aləmdə yaşanması tarvma təcrübəsini qəbul edib ona alışmağa kömək edir. Məsələn, araxnofobiyadan əziyyət çəkən xəstənin əlinə süni hörümçək verilir və bununla virtual buğumayaqlılar nümayiş olunur. Araşdırmalar göstərir ki,  VR, sosiofobiya və ya təyyarədə uçmaq qorxusu ilə mübarizədə yaxşı kömək olur.

Müasir VR-qarniturlarında da qrafiki keyfiyyətin fotorealizmdən uzaq olmasına baxmayaraq virtual reallıq həqiqətən də yoxluq hissiyatı ötürə bilər.

VR-dən kliniki istifadənin perspektivlərini və təsirini sübut edən çoxlu araşdırmalar aparılıb.Lakin onun inkişafında platformanın bahalı olmasına görə durğunluq yaşanıb. VR-kabinetin təşkili üçün böyük investisiya, proqram təminatı, xidmət və s. lazım gəlib. Klinikalarda və evlərdə kütləvi istifadəsindən isə söz belə gedə bilməz. Keçən il satışa müasir Oculus Rift və HTC Vive çıxdıqdan sonra bu texnologiya geridə qaldı.

Bir çox həkimlər  virtual reallığın təkcə xəstələrin müalicəsinə deyil həm də sağlam insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edə biləcəyini deyirlər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here