Əsas səhifə Startup Virgin Galactic startapı Boeing şirkətindən 20 milyon dollar cəlb edib

Virgin Galactic startapı Boeing şirkətindən 20 milyon dollar cəlb edib

33

Boeing aviaşirkəti kosmik turizmi “davamlı və əlverişli” etmək fikrində olan Virgin Galactic startapına 20 milyon dollar yatırım edib. Əməkdaşlığın təfərrüatları və ilk VG kommersiya uçuşunun müddətləri açıqlanmır.

TechCrunch qeyd edir ki, hər iki şirkətin insanın kosmosa uçuşu ideyası var, amma Boeing “təklikdə qalib gəlməyə çalışmaqdansa artıq mövcud olan oyunçulara qoşulmağı” üstün tutur. 

Virgin Galactic-in planlarında “rutin,davamlı və əlverişli” kosmik turizm təklif edən ilk şirkət olmaq var. Qəzetdə bildirilir ki, son punkt bir qədər şübhəlidir.

Pul əvvəllər də artıq Accion Systems və Matternet kimi bir sıra kiçik kosmik startaplara investisiya qoyan Boeing HorizonX Ventures-dən əldə edilib. Aviaşirkət bazarda ancaq bir oyunçuya böyük məbləğdə pullar yatırım etmir, TechCrunch bildirir.

VG şirkətinin baş direktoru George Whitesides ancaq onu deyib ki, Boeing-lə əməkdaşlığa şaddır və ümid edir ki, bu, “həqiqətən də insanların planet ətrafında yerləşmələrində dəyişiklik etməyə” imkan verəcək.

İlk kommersiya uçuşunun müddəti bilinməsə də, deyilənə görə bu, 2019-cu ilin sonunda ola bilər. İyulda VG-nin qurucusu Richard Branson bildirib ki, 2019-cu ilin sonunda startapı IPO-ya çıxarmağa hazırlaşır. Bu, onda kosmik turizm sahəsində ilk IPO olacaq.

Rəy bildir

Please enter your comment!
Please enter your name here