Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Vinted” startapı Litvanın İT-zirvəsinə yüksəlib

“Vinted” startapı Litvanın İT-zirvəsinə yüksəlib

91
Paylaş

İkinci əl geyimlərin satışı ilə məşğul olan Vinted startapı 1 mlrd. dollardan çox dəyərləndirmə ilə Litvanın ən qabaqcıl texnoloji şirkətinə çevrilib.

Startap səhmlərin növbəti cəlb edilmə raundu gedişatında 140 mln. dollar əldə edib.

Əsas səhmdarı Amerikanın Lightspeed Venture Partners investisiya fondu olub. Amma bundan başqa, raundda həm də Sprints Capital, Insight Venture Partners və Accel fondları da iştirak ediblər.

Əldə edilən vəsaitləri Vinted, Avropada inkişafa, ştatın artırılmasına və bəzi satınalmalara yönləndirmək fikrindədir. Bu barədə şirkətin baş direktoru xəbər verib. O həmçinin qeyd edib ki,  yaxın gələcəklə bağlı konkret planları yoxdur və IPO keçirməyi də düşünmürlər.

Qeyd edək ki, hal-hazırda Vinted-in işlədiyi ən iri bazarlar Fransa, Almaniya, Belçika və İspaniyadır.