“Vine” hazırlanmış videolar xidmətinin qurucusu Dom Hofmann “Byte” qısa videolar platformasını təqdim edib. Bu barədə o, öz Tvitter hesabında bildirib.
“Byte” xidməti smartfon daxilindəki qalereyadan şaquli və üfüqi videolar yükləməyə, həmçinin, birbaşa tətbiqdə videolar çəkməyə imkan verir. Komanda “çox tezliklə” tərəfdaşlıq proqramının pilot versiyasını təqdim etməyi düşünür. O, məzmun qurucularına öz videoçarxlarından qazanmaq imkanı yaradacaq.
Hofmann TechCrunch-a açıqlamasında deyib ki, “Byte” TikTok və digər rəqiblərindən fərqli olaraq, ilk öncə müəlliflərin məzmununun gəlir gətirməsinə dəstəkçi olacaq.