Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Vine və HQ Trivia əsasını qoyan Kolin Kroll vəfat edib

Vine və HQ Trivia əsasını qoyan Kolin Kroll vəfat edib

331
Paylaş

Polis Vine və HQ Trivia əsasını qoymuş Kolin Krollu  öz evində ölü tapıb. Bu haqda TechCrunch yazır.

New York polisinin nümayəndələrindən biri, narkotik vasitələrin böyük dozasının ölümə səbəb ola biləcəyini açıqladı.

Kolin Kroll, 2006-cı ildə Yahoo tərəfindən alınan Right Media şirkətində proqramçı olaraq öz karyerasına başlamışdır. 2011-ci ilədək Yahoo-da işləmiş, 2012-ci ildə isə Dom Hoffman və Rus Yusupovla birgə altı saniyəlik video olan Vine xidmətini yaratmışdır. 2012-ci ildə Vine Twitter-i alıb, lakın növbəti illərdə Kroll və Yusupov, rəhbərliklə yaranan problemlərə görə, 2015-ci ildə şirkətdən çıxmalı olublar. Bir il sonra isə bu xidmət bağlanıb.

2017-ci ildə Kroll və Yusupov, HQ Trivia mobil internet-viktorinasını işə salıblar. Kroll, 2018-ci ilin sentyabr ayında bu startapın rəhbəri olmuşdur.