2018-ci ilin nəticələrinə görə, Vimeo video xidmətinin gəlirləri 54% artaraq 160 milyon dollara çatıb. Bu barədə Reuters agentliyi, şirkətin ana qrupu olan InterActiveCorp (IAC) hesabatına istinadən məlumat verib. Qeyd edək ki, Vimeo şirkətinin maliyyə göstəriciləri ilk dəfə olaraq açıqlanıb.
Vimeo əsasən yüksək səviyyəli videoları platformada redaktə edə və onları reklam olmadan göstərə biləcək alətlər üzərində qazanır. Hosting, 84 dollardan 900 dollara qədər dəyəri olan bir neçə abunə paketini təklif edir.
2018-ci ildə abunə almış istifadəçilərin sayı 9%, bir istifadəçi üzərinə düşən gəlir isə 22% artıb.
Yaxın zamanlarda xidmətin gəlirinin 20-30% artacağı gözlənilir. Vimeo-nun baş direktoru olan Anjali Sud qeyd edir ki, hazırda platformanın inkişaf etdirilməsinə və reklama çəkilən xərclər, gəlirləri üstələyir.
IAC proqnozuna görə 2019-cu ilin sonuna qədər Vimeo 35 milyon dollardan 25 milyon dollara qədər dəyişdirilmiş zərər alacaq. Vimeo ABŞ-da məşhur olmasına baxmayaraq, xarici istifadəçilər və müəssisələr bu platformanın imkanlarından hələ xəbərdar deyillər, İAC şirkətinin icraçı direktoru Joey Levin əlavə edib.
IAC-ə Match Group Inc (Tinder və digər bir neçə tanışlıq xidmətlərin sahibi), Dotdash informasiya xidməti (keçmiş adı About.com), Angie’s List xidməti və digər layihələr məxsusdur.