“Vikipedia”nın həmtəsisçisi Jimmy Wales reklamsız və “klikbeyt”siz (aldadıcı başlıqlarla cəlbetmə) “WT:Social” sosial şəbəkəsini istifadəyə verib.
“WT:Social” Wikitribune saytının davamıdır. Wales özü isə yeni layihəsini “ağılsız eksperiment” adlandırır.
Sayt istifadəçiləri linklər paylaşa və xəbər lentində müxtəlif mövzulu materialları müzakirə edə biləcəklər. Sayt istifadəçilərin ianəsindən qazanacaq. Sosial şəbəkənin xeyrinə ianəyə artıq 200-dən çox adam qeydə alınıb.
Bu sosial şəbəkə ilk olaraq, çoxlu bəyənmə qazanan materialları deyil, əvvəlkiləri göstərəcək. Gələcəkdə şəbəkə, istifadəçilərə keyfiyyətli yazıları tövsiyə etməyə imkan verəcək düymə də əlavə etməyi planlaşdırır.
Hal-hazırda istifadəçilər sosial şəbəkəni ancaq dəvətlə və ya layihəyə dəstək üçün ianə ( aylıq 12,99 dollar və ya illik 100 dollar) yolu ilə aça bilirlər.
Qeyd edək ki, saytdakı məzmunun əksəriyyəti bütün istifadıçilər tərəfindən redaktə edilə bilər. Şəbəkə öz platformasında niş icmaları inkişaf etdirməyi də nəzərdə tutub. Şirkətdə hal-hazırda proqramçılar və bir neçə nəfər də çalışır.
Jimmy-nin sözlərinə görə, sosial şəbəkənin 2019-cu ilin oktyabrında istifadəyə verilməsindən bəri auditoriyası 50 min istifadəçi sayına yaxnlaşıb. Amma Wales özü 50-500 min istifadəçi nəzərdə tutur. O, sosial şəbəkənin istifadəçilərin məlumatlarını üçüncü şəxsə ötürməyəcəyinə söz verir.