Rostovun Gloria Jeans geyim mağazasının yeni icraçı direktoru təyin olunmuşdu. Yeni vəzifəyə Victoria’s Secret-in keçmiş icraçı direktoru Sheren Terni keçib, “Vedomosti” bu haqda bildirir. Bunu bir zarafat kimi də qəbul etmək olardı, lakin təyin olunma haqqında məlumat artıq SPARK sistemində əks olunub.
2017-ci ildə Terni Gloria Jeans idarə heyətinə qatılmışdı. “Biz onun qarşısında diz çöküb bizim şirkətə qatılması barədə razılığa saldıq. Bizim onun köməyinə və dəstəyinə ehtiyacımız var”, – deyə Gloria Jeans-ın təsisçisi Vladimir Melnikov bildirib. “Biz uzun müddət Gloria Jeans-ı yeni səviyyəyə çıxara biləcək meneceri axtarırdıq. İnşallah Sharon bu işdə uğur qazanacaq. Baş direktor kimi o məndən on dəfə güclüdür “,- Melnikov əlavə edib.
Terni Victoria Secret-də 16 il işləyib. Şirkətdən ayrıldıqdan sonra, özünü ailəyə həsr etmək istədiyini söyləyib. “Mən tamamilə işsiz olduğumu deyə bilmərəm. Mən müxtəlif şirkətlərə öz məsləhətlərimi vermişəm. Son iki il ərzində isə Gloria Jeans-ın nəzarət heyətinin üzvü olmuşam” Terni bildirib. –Mənim məqsədim [yeni vəzifədə] – növbəti beş il ərzində gəlirləri ikiqat artırmaqdır. Eyni zamanda, biz yalnız Rusiyada deyil, xaricdə də inkişaf etməliyik “.
Terni konkret planlarını hələ açıqlamadı və yalnız rus dilini öyrənəcəyini söyləyib. Gloria Jeans-ın “mələklərə” sahib olub-olmamasını soruşduqda isə, o, cavab verdi: “Ümid edirəm ki, biz markanı təyin edəcəyik və sonra xüsusi olaraq Gloria Jeans üçün uyğun olan emosional detalları tapa biləciyik”.
Gloria Jeans Rusiyada, Ukraynada, Gürcüstanda və Belarusiyada təxminən 600 mağazaya malikdir.