Victoria’s Secret şirkətinin biznesi 1,1 mlrd. dollar dəyərləndirilib. Bu barədə WSJ nəşriyyatı məlumatlı mənbələrə istinadən xəbər verir.
Brendin bir neçə münaqişələrdə adı hallanan sahibkarı, milyarder Leslie Wexner paya nəzarət satışı və rəhbər postdan istefa barədə düşünür.
Milyarder Leslie Wexner tərəfindən yaradılmış L Brands holdinqi brend üzərində nəzarətin satışına yaxındır.
Brendin 55%-ni Sycamore Partners investisiya şirkəti ala bilər. Bununla belə, L Brands da 45% payını saxlayır. Mənbələrin məlumatına görə, müqavilə barədə rəsmi açıqlama fevralın 20-də veriləcək.
Brendə nəzarətin satışından sonra ona 50 ildən çoxdur rəhbərlik edən təsisçisi Leslie Wexner bu postunu tərk edərək L Brands-ın direktorlar şurasında qalacaq. Onun həm də həmin holdinqdəki və Victoria’s Secret-dəki payları da qalacaq. Hal-hazırda holdinqin təxminən 17%-i milyarderə məxsusdur.