Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Versace amerikan brendinə satıldı

Versace amerikan brendinə satıldı

605
Paylaş

Alqı-satqı haqqında müqavilə artıq sentyabrın 25-i imzalana bilər

İtaliyanın “Versace” modalar evi 2 milyard dollara ABŞ-ın “Michael Kors” şirkətinə satılacaq.

“Financial Times” nəşri öz mənbələrinə istinadən xəbər verir ki, alqı-satqı haqqında müqavilə artıq sentyabrın 25-i imzalana bilər.

“Michael Kors” və “Versace” şirkətləri məlumatı şərh etməkdə imtina edirlər.

Daha əvvəl yayılan məlumatda “Michael Kors”-un “Jimmy Choo” brendinə 1,2 milyard dollar ödəyəcəyi bildirilirdi.