Əsas səhifə Biznes “Verizon” “Straight Path” şirkətini 3.1 milyard dollara satın alır

“Verizon” “Straight Path” şirkətini 3.1 milyard dollara satın alır

931
Paylaş

ABŞ-ın ən böyük mobil rabitə operatoru və internet təchizatçısı “Verizon”ın, 5G texnologiyası üçün həlledici əhəmiyyətə malik olan “Straight Path” adlı şirkəti 3,1 milyard dollara satın almaq üçün razılığa gəldiyi bildirilir.

“Verizon”ın “Straight Path”ın bir səhminə 184 dollar ödəyəcəyi və ümumi satınalma həcminin 3,1 milyard dollar olacaq.

Müqavilənin, federal tənzimləyici orqanın razılığından sonra 9 ay ərzində başa çatmasının gözlənildiyi qeyd edilib.

Cib telefonu siqnalları və 5G texnologiyası üzərində araşdırma fəaliyyətləri aparan “Straight Path”ın, “Verizon”ın ən böyük rəqibi “AT&T” tərəfindən 1,6 milyard dollara satın alınacağı təxminən bir ay əvvəl gündəmə gəlmişdi.

Ancaq “Verizon”, rəqibinin təklifindən az qala iki dəfə çox təklif edərək “Straight Path”ı satın almaq üçün razılığa gəlməyi bacardı.

Mütəxəssislər, bu ilin ilk üç ayında 307 min müştəri itirən “Verizon”ın, ABŞ-da 5G texnologiyasını qısa zamanda həyata keçirməsi vəziyyətində müştəri sayında rekord artım ola biləcəyinə diqqəti çəkirlər. Şirkətin bu ilin ilk rübündəki gəliri, keçən ilin eyni dövrün ilə müqayisədə 7,3 faiz azalmış və dmənfəəti də ildən ilə 20 faiz düşmüşdü.

Digər tərəfdən “Verizon”ın internet şirkəti “Yahoo”nu 4,48 milyard dollara satın almasıyla bağlı müqavilənin gələcək aylarda tamamlanması gözlənilir.

©marja