Verizon şirkəti Tumblr servisini WordPress’in sahibinə satdı

Date:

Paylaş:

Verizon mobil operatoru bloqlar servisi olan Tumblr-ı Automattic şirkətinə satdığını elan etdi. Qeyd etmək lazımdır ki, Automattic şirkəti məhz WordPress-in sahibidir. Bu barədə Rusbase saytı xəbər verib. Sözügedən müqavilənin dəyəri və şərtləri barəsində heç bir məlumat verilməyib.

The Wall Street Journal saytının məlumatarına əsasən Tumblr-da çalışan 200 şəxs Automattic şirkətinə keçid edəcək. Axios saytı xəbər verib ki, Verizon bu servisi 20 milyon dollara digər bir mənbə isə xəbər verib ki, 10 milyon dollara satıb. Buna görə də dəqiq bir qiymət göstəricisi yoxdur.

Qeyd etmək lazımdır ki, artıq Verizon-a məxsus olan Yahoo Tumblr servisini 2013-cü ildə 1.1 milyard dollara almışdı. Bu ilin may ayında isə bu servisin alınmasında Pornhub-ın maraq göstərdiyi qeyd olunmuşdu. Belə ki, o, Tumblr-a 18+ kontentlərin geri qaytarılmasını istəyirdi. Automattic şirkətinin icraçı direktoru isə bildirib ki, hətta Tumblr-ın alınmasından sonra da onda 18+ kontentlərin yayılmasına qadağa tətbiq olunacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...