Əsas səhifə Vergi Vergiödəyicilərinə xidmət mərkəzləri bu şənbə günü işləyəcək

Vergiödəyicilərinə xidmət mərkəzləri bu şənbə günü işləyəcək

242
Paylaş

Vergilər Nazirliyi vergiödəyicilərinə müraciət edib.

Bizplus.az  AZƏRTAC-a istinadən bildirir ki, Vergilər Nazirliyinin vergiödəyicilərinə xidmət mərkəzləri yanvarın 12-də saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcək.

Həmin gün xidmət mərkəzlərində yalnız “Məcburi dövlət sosial sığortası üzrə” və “İşsizlik sığortası üzrə” rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı kömək göstəriləcək.