Vergilər Nazirliyindən 6,8 milyon manatlıq müqavilə

Date:

Paylaş:

Vergilər Nazirliyi “Cybernet” MMC ilə məbləği 6 milyon 821 927 manat olan müqavilə bağlayıb.

Müqavilə dəstək xidmətinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınmasını nəzərdə tutur.

Bildirək ki, bu şirkət proqram təminatlarının inkişafı, sistem arxitekturalarının modelləşdirilməsi və İT infrastrukturunun qurulması ilə məşğul olur. “Cybernet” MMC hökumət qurumlarına, banklara, telekommunikasiya təşkilatlarına, biznes subyektlərinə innovativ proqram təminatları və mükəmməl tətbiqlər, təkmilləşdirmə, texniki dəstək və inteqrasiya xidmətləri təklif edir.

Qeyd edək ki, “Cybernet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 min manat təşkil edir, qanuni təmsilçisi isə İlham Namazovdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...