Vergilər Nazirliyində yeni departament yaradılıb

Date:

Paylaş:

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. 

Nazirliyin iki departamentində dəyişiklik olub, 1 yeni departament yaradılıb.

Bundan sonra Ələkbər Məmmədovun rəhbərlik etdiyi Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamenti dəyişərək Dövlət Qeydiyyatı Departamenti, Natiq Şirinovun Baş Direktoru olduğu İqtisadi Təhlil Departamenti isə İqtisadi Təhlil və Uçota Nəzarət Departamenti adlanacaq.

Birinci departamentə rəhbər olaraq Ələkbər Məmmədov, ikincisinə isə Natiq Şirinov təyin edilib.

Bundan əlavə bəyannamələrlə bağlı səlahiyyətlər Natiq Şirinovdan alınıb və Nazirlikdə Bəyannamələr və Kameral Vergi Yoxlamalarına Nəzarət Departamenti yaradılıb. Onun da baş direktoru Elçin Ağakişiyev təyin edilib.

Vergilər Nazirliyinin Apelyasiya Şurasının üzvü olan Elçin Ağakişiyev buna qədər İqtisadi Təhlil Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...