Vergilər Nazirliyi oxşar adları olan 3 şirkəti qediyyata alıb.
Nazirliyin materiallarına əsasən, 20 avqust 2018-ci il tarixində “Soldus Agro” MMC, “Soldus Trade” MMC və “Soldus Petrol” MMC qediyyatdan keçib. Hər üç şirkətin nizamnamə kapitalı 10 min manata bərabərdir.
Şirkətlərin rəsmi nümayəndələri müvafiq olaraq Səməd Əhmədov, Qasım Quliyev və Rasim Babayevdir.
Nazirlik şirkətlərin təsisçiləri barədə məlumat vermir.
Bundan əlavə, avqustun 24-də Vergilər Nazirliyi 33 min manat nizamnamə kapitalı ilə “ESSTCON” MMC-ni qeydiyyata alıb. Şirkətin rəsmi nümayəndəsi Tərlan Ədədullayevdir.