Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Vergilər Nazirliyinin gələn il üçün büdcə proqnozu 1% azaldılıb

Vergilər Nazirliyinin gələn il üçün büdcə proqnozu 1% azaldılıb

237
Paylaş
maaş
maaş

019-cu ildə dövlət büdcəsi gəlirlərinin 7 316 mln. manatı və yaxud 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 164,3 mln. manatı və yaxud 49,6%-i Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin, 3 451,6 mln. manatı və yaxud 15,1%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 785,6 mln. manatı yaxud 3,4%-i isə digər gəlirlərin payına düşəcək.

Bu barədə “2019-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi”də deyilir.

Layihəyə görə, Vergilər Nazirliyinin proqnozu ötən ilə nisbətən 64 mln. manat və yaxud 0,9% azdır: Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmaların 68,1%-i və ya 4 980 mln. manatı qeyri-neft sektorunun, 31,9%-i yaxud 2 336 mln. manatı neft sektorunun payına düşür.