Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Vergilər Nazirliyi “Yeni Yasamal Tibb Mərkəzi” məhkəməyə verib

Vergilər Nazirliyi “Yeni Yasamal Tibb Mərkəzi” məhkəməyə verib

297
Paylaş

Vergilər Nazirliyi (VN) yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti “Yeni Yasamal Tibb Mərkəzi” MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən VN-in departamenti siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə tələb irəli sürüb.

Həmçinin Nazirlik müraciətində bildirib ki, cavabdehin 16.04.2018 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3849.67 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Məhkəmə iddia ərizəsini baxılmamış saxlayıb.