Əsas səhifə Vergi Vergilər Nazirliyi vergilərin ödənilməsinin son tarixini açıqlayıb

Vergilər Nazirliyi vergilərin ödənilməsinin son tarixini açıqlayıb

117
Paylaş
Vergilər Nazirliyi
Vergilər Nazirliyi
  • Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi borclarının ödənilməsi ilə bağlı xəbərdarlıq edir. Bu barədə Bizplus.az Vergilər Nazirliyinə istinadən xəbər verir.
Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr 
  • 2019-cu il üzrə hesablanmış torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2019-cu ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
2019-cu ilin iyul ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
Əlavə dəyər vergisinin bəyannaməsi,
Aksiz bəyannaməsi, 
Yol vergisinin bəyannaməsi,
Mədən vergisinin bəyannaməsi, 
Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və 
Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir). 
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin iyul ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin avqust ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Qeyd:  20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.