Əsas səhifə Xəbərlər Digər xəbərlər Vergidən azad olunan müəssisələrin siyahısı təsdiqlənib

Vergidən azad olunan müəssisələrin siyahısı təsdiqlənib

111
Paylaş

Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə qərar verib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Aidiyyəti dövlət orqanlarına (qurumlarına) bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısını hər il üzrə rəsmi internet səhifələrində yerləşdirmək tapşırılıb.