Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Vergi orqanlarının xidməti heyətinin maaşları artırılıb

Vergi orqanlarının xidməti heyətinin maaşları artırılıb

124
Paylaş
Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli Qərarı lə təsdiq edilmiş 3 nömrəli əlavədə dəyişiklik edilib.

Bu barədə qərarı 14 iyun 2019-cu ildə Baş nazir Novruz Məmmədov imzalayıb.

Yeni qərarla, “Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları”nın “Aylıq vəzifə maaşı (manatla)” sütununda “171” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilib.

Qeyd edək ki, bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Əvvəlki siyahı:

Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları

 

Sıra

№-si

Vəzifələrin adıAylıq vəzifə maaşı (manatla)
1.Arxiv müdiri, sürücü242
2.İnspektor (müfəttiş), təsərrüfat və anbar müdiri, operator, katibə-teleqrafçı, dispetçer, komendant, texnik, rabitəçi231
3.Kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı, katib (katibə)226
4.Kuryer220
5.Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti171