Vergi orqanları uçot məlumatlarında uyğunsuzluqlar aşkarlayıb

Date:

Paylaş:

Vergi orqanları 2018-ci il ərzində uçot məlumatlarının dəqiqləşdirilməsinə başlayıblar. 10 istiqamətdə təhlillər apararaq uyğunsuzluqların aradan qaldırılması baş verib.

“Bizplus.az” “FED.az”-a istinadla  xəbər verir ki, Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin məlumatına görə, ötən il fəaliyyət xüsusiyyətlərinin təsərrüfat subyektinin olmasını tələb edən və lisenziya əldə etməsinə baxmayaraq, vergi orqanlarında uçotda olmayan 65 vergi ödəyicisindən 41-i üzrə kənarlaşma aradan qaldırılıb.

Dövlət büdcəsinə ən çox ödəniş etmiş 300 vergi ödəyicisindən 30-nun fəaliyyət növündə isə müvafiq dəyişikliklər edilib: bunlar əlaqəli məlumatlar (elektron vergi hesab-fakturası, bəyannamə, idxal-ixrac və s.) əsasında faktiki fəaliyyət növləri ilə baza məlumatlarında olan fəaliyyət növləri arasında kənarlaşma olan ödəyicilərdir.

Vergi orqanında uçotda olan təsərrüfat subyektlərini icarəyə verən, lakin fəaliyyət növündə əmlakın icarəyə verilməsi ilə bağlı məlumat mövcud olmayan 463 vergi ödəyicisindən 431-nin baza məlumatlarında olan uyğunsuzluqlar, eləcə də, fəaliyyətini dayandırdığı tarixdən sonra bir sıra əməliyyatlar aparmış 310 vergi ödəyicisindən 179-nun kənarlaşması aradan qaldırılıb.

“Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq işçilərin əməkhaqqını nağdsız qaydada ödəməli olan, lakin bank hesabı olmayan 34 ƏDV ödəyicisi və 410 sadələşdirilmiş (pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla) verginin ödəyicisindən 35-nin, eləcə də, əsas və yeganə fəaliyyət növü “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” olan 1.456 vergi ödəyicisindən 1.283-nün kənarlaşması da aradan qaldırılıb. Buraya adı, təsnifatı və fəaliyyət növləri arasına uyğunsuzluq olan 1.652 təsərrüfat subyektindən 1.174-ü də aiddir.

2018-ci ildə təsərrüfat subyektini qeydiyyatdan çıxarmış (heç bir aktiv təsərrüfat subyekti olmayan), lakin fəaliyyəti aktiv olan 1.698 vergi ödəyicisindən 292-nin kənarlaşması aradan qaldırılıb. Fəaliyyət növü “Məktəbəqədər təhsil” olub obyekti uçotda olmayan 44 aktiv vergi ödəyicisindən 11-i tərəfindən təsərrüfat subyekti uçota alınıb. Təsərrüfat subyekti sərbəst formada akt tərtib edilməklə vergi orqanında qeydiyyata alınmış 18.237 təsərrüfat subyektindən 1.112-nin kənarlaşması isə aradan qaldırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...