Vergi orqanı ilə bank arasında qalan vergi ödəyicisi

Date:

Paylaş:

Bu il POST terminallarının məcburi qaydada quraşdırılması, vergi ödəyicisi üçün müəyyən çətinliklər yaradıb. Əvvəlcə POST terminallaşdırılmasının qanuna baxaq. “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarına əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların bu Qaydaların 1 nömrəli əlavəsindəki cədvəl üzrə mərhələlərlə quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə POS-terminalların tətbiqi ilə bağlı digər münasibətləri tənzimləyir.

Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli

Sıra №-si Ərazinin adı İcra müddəti
1. Bakı, Gəncə və Sumqayıt şəhərləri 2012-ci il
2. Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad şəhər və rayonları (kənd və qəsəbələr istisna olmaqla) 2013-cü il
3. Digər rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü il
4. Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri 2015-ci il
5. Ərazisindən asılı olmayaraq vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları 2013-cü il

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları

1. POS-terminallar quraşdırılacaq obyektlər aşağıdakılardır:

1.1. dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

1.2. dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

1.3. rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);

1.4. hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);

1.5. vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).

Bank hissəsi

Vergi ödəyicisi plastik kartdan istifadə etməyən müştərilərlə işləyir. Bank tərəfindən qeyd edilir ki,  POST terminaldan istifadə olunmasa,  nəzərdə tutulan dövriyyəsi olmazsa POST terminal vergi ödəyicisindən 3 ay müddətindən sonra geri alınacaq . Vergi ödəyicisi bu halda nə etməlidir?

Bəlli məsələdir ki, POST terminallar bankın özünə məxsusdur. Bəzi banklar var ki, POST terminalı vergi ödəyicisinə qeyri şərtsiz verir. Misal üçün vergi ödəyicisi 10 ildi bir bankla işləyir. Həmin bankdan razıdır. Amma bank ona POST terminalı təmənnasız istifadə üçün vermir. Bununla razılaşmayan vergi ödəyicisi, gərək həmin bankdan imtina edə. Yəni 10 ildi müştəri olduğu bankdan bir POST terminala görə dəyişmək, nə dərəcədə düzgündür?

Bundan çıxış yolu nədir? Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməlidir. Banklar müştəriləri qeyri şərtsiz POST terminalla təmin etsinlər. Burda da sual oluna bilər ki, müştəri bankın post terminalından istifadə üçün xidmət haqqı ödəyir, bu halda yuxarıda qeyd olunan halı nəzərə alsaq bank müəyyən gəlirindən olur. Gəlirin kompensasiyasını nə ilə əvəz etmək olar? Məsələ problemli olaraq qalır.

İqtisadçı-ekspert  Rauf  Qarayev

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...