Əsas səhifə Vergi Vergi öhdəlikləri üzrə yeni nəzarət tədbirləri həyata keçiriləcək

Vergi öhdəlikləri üzrə yeni nəzarət tədbirləri həyata keçiriləcək

63
Paylaş

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov bildirib ki, yeniliklər bütövlükdə əlverişli vergi mühitinin yaradılmasını, sahibkarlar üzərində inzibatçılıq yükünün və əhalinin üzərində olan maliyyə-vergi yükünün azaldılmasını nəzərdə tutur.

Bizplus.az xəbər verir ki, dəyişikliklər vergidən yayınan şəxslər üzərində vergi nəzarəti tədbirlərini də ehtiva edir: “Əlverişli vergi mühitinin yaradılması vergi siyasətinin qarşısında duran əsas hədəflərdəndir. Bu özünü haqsız rəqabətə qarşı mübarizədə, sahibkarların üzərinə düşən vergi yükünün azaldılmasında, eyni zamanda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətinin təxirə salınmasında göstərir. Haqsız rəqabətin aradan qaldırılması ilə bağlı qanunverciliyə riskli vergi ödəyiciləri anlayışı daxil edilib. Vergi Məcəlləsində riskli, eləcə də əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri üzərində vergi nəzarəti, o cümlədən həmin əməliyyatlara çəkilən xərclərin gəlirdən çıxılmaması, növbədənkənar səyyar vergi yoxlamalarının keçirilməsi və digər bu kimi nəzarət tədbirləri nəzərdə tutulub. Bu, düzgün işləyən şəxslərlə qanunu pozan şəxslər arasında sərhəd qoyulmasına xidmət göstərəcək. Bununla yanaşı, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi haqqında Prezident Fərmanında Nazirlər Kabinetinə riskli vergi ödəyicilərinin meyarlarının hazırlanması da tapşırılıb”.

Qanunu pozan şəxslərin haqsız rəqabətə şərait yaratdığını deyən N.İmanov qaydalarla işləyən vergi ödəyicilərinin fəaliyyətinə, bazardakı mövqeyinə də mane olduqlarını, bu məqsədlə rəqabət mühitinin formalaşması üçün vergi qanunverciliyində tənzimləyici dəyişikliklərin nəzərdə tutulduğunu bildirib: “Vergi yükünün azaldılması bəzi xərclərin gəlirdən çıxılması baxımından əhatə dairəsinin genişləndirilməsində özünü göstərir. İndiyədək torpaqların yaxşılaşmasına görə sahibkarların çəkdikləri xərcləri gəlirdən çıxılmırdı. Qanuna edilən dəyişikliklərlə sahibkarların bu xərcləri kapitallaşdırılacaq və amortizasiya xərci kimi gəlirdən çıxılacaq”.