Əsas səhifə Biznes Seçilmiş Vergi dəyişiklikləri ilə bağlı startaplara seminar keçiriləcək

Vergi dəyişiklikləri ilə bağlı startaplara seminar keçiriləcək

257

Fevral 14-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Vergilər Nazirliyinin dəstəyi ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  bildirilib ki, tədbirin məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat vermək, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirə aparmaqdır. Tədbirdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2018-ci il 20 dekabrında imzalanmış Fərman ətraflı şərh olunacaq.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Tədbirdə iştirak etmək üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna müraciət etmək xahiş olunur.

Rəy bildir

Please enter your comment!
Please enter your name here