Vergi borcunu ləngidənlərə də sanksiya olacaq – NAZİRLİK

Date:

Paylaş:

Yanvarın 21-də vergi ödəyicilərinin 2018-ci ilin sonuncu rübü üzrə vergi hesabatlarını ödənməsi vaxtı başa çatır.

“Bizplus.az” xəbər verir ki, Vergi Məcəlləsinə görə, həmin vaxtadək hesabatını təqdim etməyən vergi ödəyicilərinə 40 manatlıq maliyyə sanksiyası tətbiq ediləcək.

Amma məsələ təkcə hesabatı təqdim etməklə bitmir – ödəyicilər hesabat dövrü üçün vergilərini də ödəməlidirlər.

Bəs hesabatı vaxtında verib, vergini gecikdirənləri nə gözləyir?

Nazirlikdən “Fed.az”-a verilən məlumata görə, əslində hesabatla birlikdə vergilər də ödənilməlidir. Bu baş verməsə, Məcəllənin 59-cu maddəsinə görə, vergilərin ödənilməmiş hissəsinə 0,1% məbləğində faiz hesablanır. Bu, məsələn, 1000 manat vergi borcu olan ödəyici üçün gündə 1 manat deməkdir. Eyni vaxtda ödəyiciyə vergilərini 5 gün ərzində ödəmək barədə bildiriş də göndərilir.

Bu baş verməsə, yəni vergi 5 gün ərzində ödənilməsə 5 gündən sonra ödəyicinin bank hesabına vergi borcunun 105%-i məbləğində sanksiya qoyulacaq və həmin məbləğ bloklanacaq.

Yeri gəlmişkən, əvvəllər vergi ödəyicisi sanksiyanın ləğvi üçün hökmən məhkəməyə müraciət etməli idisə, Məcəlləyə edilən yeni dəyişikliklərə görə, nazirliyin özünə müraciətlə də bunu etmək mümkünür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...