Tarixinin ən böyük iqtisadi böhranlarından biri ilə qarşılaşan Venesuelada valyuta ehtiyatlarının yalnız 10 milyard dollar qaldığı açıqlandı.
10,5 milyard dollarlıq ehtiyatı olan Venesuelanın 7,2 milyard dollar da borcu var.
2011-ci ildə Venesuelanın təxminən 30 milyard dollarlıq ehtiyatı var idi. 2015-ci ildə bu rəqəm 20 milyard dollara düşdü.
Hal-hazırda olan mövcud ehtiyatın 7,7 milyard dolları isə qızıldır və Venesuela bu qızılları borclarını ödəmək məqsədilə ötən il İsveçrəyə göndərdi.