Venesuelada inqilab Rusiya iqtisadiyyatını vurdu

Date:

Paylaş:

Heç kimə sirr deyil ki, Rusiya Venesuela böhranında prezident postunu itirməkdə olan Nikolas Maduronun yanındadır.

“Bizplus.az” xəbər verir ki, rəsmi Moskva ABŞ-ın mümkün hərbi müdaxilə qərarına da sərt mövqe ortaya qoyur. Digər tərəfdən, ortaq layihələr də Rusiya iqtisadiyyatına təsirsiz ötüşmür. Təsadüfi deyil ki, bu gün “Rosneft”in səhmlərinin dəyəri 2,5 faiz aşağı düşüb.

     Nicolas Maduro

Sonuncu dəfə belə göstərici təxminən bir ay əvvəl olmuşdu. İndi “Rosneft”in bir səhmini təxminən 406 rubla əldə etmək mümkündür.

Dünən “Rosneft”in mətbuat xidmətinin rəhbəri Mixail Leontyev bu haqda konkret danışmaq istəməmişdi. O, Venesueladakı hadisələrin şərhi üçün əsas olmadığını demişdi. Leontyev hətta “Venesuelada heç nə baş vermir” söyləmişdi. Bu gün isə belə danışmaq məntiqsizdir. Çünki “Rosneft”in səhmləri dəyər itirməyə başlayıb və prosesin davam edəcəyi gözlənilir.

Venesuelanın “Rosneft”lə “kredit əvəzinə neft” layihəsi var. 2018-ci ilin yekunlarına görə, Cənubi Amerika ölkəsinin Rusiya şirkətinə 3,6 milyard dollar borcu var. Şimal qonşumuz 13 il əvvəl Venesuelaya 17 milyard dollar kredit vermişdi.

Xatırladaq ki, Paytaxt Karakasın Çakao rayonunda etirazçılar qarşısında çıxış edən Xuan Quaydo da prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.

          Xuan Quaydo / Foto: Reuters

Rusiya hələ də Quaydonu prezident kimi tanımayıb. Əvəzində ABŞ çox qətiyyətlə belə addım atıb. Bundan başqa, Argentina, Braziliya, Qvatemala, Gürcüstan, Kanada, Kolumbiya, Peru, Çili və Ekvador Quaydonun prezidentliyini tanıyıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...