“Beyond Meat” İPO-da 183,8 milyon dollar cəlb etmək niyyətindədir. Şirkətdə inkişaf etməkdə olan vegeterianlığa sərmayə qoyublar. Startapın səhmdarları sırasında aktyor Leonardo DiCaprio və “Microsoft”-un həmtəsisçisi Bill Gates var də var.
Reuters-in verdiyi məlumata görə, süni ət istehsalı ilə məşğul olan şirkət 19-21 dollar qiymət aralığında 8,75 milyon səhm qoymağı planlaşdırır. Bu qiymətlə “Beyond Meat”-ın bazar qiyməti 1.21 milyard dollar ola bilər, hesablamalara görə. 57,4 milyonluq qiymətli kağız dövriyyədə olacaq.
“Beyond Meat” pulun çox hissəsini araşdırmaya və artıma, həmçinin, istehsal gücünün çoxalmasına xərcləmək istəyir. Hal-hazırda ümumi maliyyə dəyəri 122 milyon dollardır.
“Beyond Meat” 2009-cu ildə Los Angeles-də yaranıb. Şirkət, bitki tərkibli maddələrdən təbii ət dadında və formasında məhsullar istehsal edir. Yanvarda istehsalçı öz burgerlərini “fast food” restoranlar şəbəkəsindən olan “Carl’s Jr”-da satışa çıxarıb.