Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Vegeterianlar üçün “ət” istehsal edən “Beyond Meat”, özünü İPO qarşısında 1,2 milyard...

Vegeterianlar üçün “ət” istehsal edən “Beyond Meat”, özünü İPO qarşısında 1,2 milyard dollar qiymətləndirib

134
Paylaş

“Beyond Meat” İPO-da 183,8 milyon dollar cəlb etmək niyyətindədir. Şirkətdə inkişaf etməkdə olan vegeterianlığa sərmayə qoyublar. Startapın səhmdarları sırasında aktyor Leonardo DiCaprio və  “Microsoft”-un həmtəsisçisi Bill Gates var də var.

Reuters-in verdiyi məlumata görə, süni ət istehsalı ilə məşğul olan şirkət  19-21 dollar qiymət aralığında  8,75 milyon səhm qoymağı planlaşdırır. Bu qiymətlə “Beyond Meat”-ın  bazar qiyməti 1.21 milyard dollar ola bilər, hesablamalara görə. 57,4 milyonluq qiymətli kağız dövriyyədə olacaq.

“Beyond Meat” pulun çox hissəsini araşdırmaya və artıma, həmçinin, istehsal gücünün çoxalmasına xərcləmək istəyir. Hal-hazırda ümumi maliyyə dəyəri 122 milyon dollardır.

“Beyond Meat” 2009-cu ildə Los Angeles-də yaranıb. Şirkət, bitki tərkibli maddələrdən təbii ət dadında və formasında  məhsullar istehsal edir. Yanvarda  istehsalçı öz burgerlərini “fast food” restoranlar şəbəkəsindən olan “Carl’s Jr”-da satışa çıxarıb.