Əsas səhifə Məqalələr Fərdi inkişaf Varlı və nüfuzlu insanlar üçün uğur nə deməkdir?

Varlı və nüfuzlu insanlar üçün uğur nə deməkdir?

385

Uğurlu insanlar var-dövlətə və ya gücə sahib olduqlarına görə özlərini uğurlu insan hesab etmirlər. Əksinə, onlar daha çox münasibətlərə və ictimai təsirlərə önəm verirlər.

Biz uğurlu insan haqqında danışan zaman, adətən bank hesabında çoxlu pulu olan milyoner və ya milyarder, ya da ki, şirkət və ya dövlət rəhbərlərini nəzərdə tuturuq.

Bu yazımızda milyarder Riçard Bransondan tutmuş ABŞ-ın sabiq prezidenti Barak Obamaya qədər varlı və nüfuzlu insanların uğur haqqında nə düşündüklərini təqdim edirik:

Milyarder Riçard Branson uğurun xoşbəxtlik olduğuna inanır.

Billionaire Richard Branson believes success is about happiness.“Virgin” Qrupunun təsisçisi Riçard Bransonun sərvəti 5 milyard dollara yaxın olsa da, “Virgin” təsisçisi uğuru xoşbəxtliklə əlaqələndirir.

O, qeyd edir ki, “Çox insan uğuru nə qədər pul qazanmaqla və ya onların münasibətdə olduğu insanlarla ölçür. Mənim fikrimcə, əsl uğur sənin nə qədər xoşbəxt olmağınla ölçülməlidir”.


“Huffington Post”un həmtəsisçisi Arianna Huffington uğurlu olmaq üçün pulun və gücün kifayət olmadığını deyir. 

Huffington Post co-founder Arianna Huffington says that money and power aren't enough.Huffington deyir ki, biz uğuru – pul və güc – kimi iki meyarla ölçürük. Bizim üçüncü meyarı əlavə etməyə ehtiyacımız var.

O, qeyd edir ki, “istədiyimiz və layiq olduğumuz həyatı yaşamaq üçün bizim üçüncü meyara ehtiyacımız var. Uğurun üçüncü ölçmə meyarı pul və gücdən kənara çıxaraq 4 sütundan ibarətdir: sağlamlıq, müdriklik, maraq və köməklik etmək”.

Bu faktorlar birlikdə sizin psixoloji həyatınızı qaydaya salmağa köməklik edəcək və həqiqətən uğurlu olacaqsınız.


Milyarder investor Mark Kuban uğurlu olmaq üçün pula ehtiyacınızın olmadığını bildirir. 

Billionaire investor Mark Cuban says you don't need money to be successful.Mark Kubanın “uğur nədir” sualına belə cavab verir:

“Mənə görə, uğurun mənası səhər gülərüz oyanaraq qarşıda gözəl bir günün olacağını bilməkdir. Mən kasıb olan vaxtlarda da xoşbəxt idim və yatmağa yerim olmadığı zamanlarda belə özümü uğurlu hiss edirdim”.


Əfsanəvi investor Uorren Baffet hər şeydən çox münasibətlərə dəyər verir. 

Legendary investor Warren Buffett values relationships above all else.84 milyard dollarla dünyanın 3-cü ən varlı şəxsi olan Baffet uğuru pul və ya şöhrətlə ölçmür.

“Berkshire Hathaway”in sədri Baffet səhmdarların illik iclasında bir dəfə belə demişdir: “Mən uğuru nə qədər insan tərəfindən sevilməyimlə ölçürəm”.


“Microsoft” həmtəsisçisi Bill Qeyts uğuru cəmiyyətə fayda verməklə ölçür.

Microsoft cofounder Bill Gates believes it's about making an impact on society.Bill Qeyts 90 milyard dollarla dünyanın 2-ci ən varlı şəxsidir. Lakin, onun üçün uğur münasibətlər və özündən sonra cəmiyyətə fayda verəcək işlərdir.

Qeyts uğurun nə olması ilə bağlı sual verilərkən Uorren Baffeti nümunə gətirib:

“Uorren Baffet hər zaman mənə deyərdi ki, uğur sənə yaxın olan insanların xoşbəxt olmaları və səni sevməkləridir”.

O, əlavə edib: “Fərq yaratmaq gözəl hissdir – nəsə ixtira etmək, uşaq böyütmək və ya köməyə ehtiyacı olanlara yardım etmək”.


ABŞ-ın sabiq prezidenti Barak Obama üçün uğur insanların həyatlarını dəyişdirmək deməkdir.

President Barack Obama aims to change people's lives.Obama bir müddət əvvəl dünyanın super güc dövlətinin rəhbəri olub, lakin o, uğuru güclə eyniləşdirmir.

Obamanın həyat yoldaşı Mişel Obama əri haqqında danışarkən belə deyib, “ərim yüksək əmək haqqı təklif edən işlərdən imtina edərək karyerasına başlayıb”.

Mişel Obama əlavə edərək, “Barak üçün uğur nə qədər pul qazanmaq deyil. Uğur insanların həyatlarında fərq yaratmaqdır”.


İxtiraçı Tomas Edisona uğuru zəhmət kimi görür.

Inventor Thomas Edison recognized that success is a grind. 1000-dən çox patentə sahib Edisonun fərqli bir işləmək üsulu var idi. Onun 60 saat dayanmadan işlədiyi belə deyilir.

Təbii olaraq, onun üçün uğur ambisiyalı olmaqdır: “Uğur 1% istedad, 99% tərləməkdir”.

moneta.az