Əsas səhifə Məqalələr Menecment Varlı və kasıb arasındakı boşluğu problem adlandırır, lakin $31 mln. maaşını ədalətli...

Varlı və kasıb arasındakı boşluğu problem adlandırır, lakin $31 mln. maaşını ədalətli hesab edir

37

“JPMorgan” ın baş direktoru James Dimon, varlı və kasıb arasında olan boşluğu amerikanların ən böyük problemi adlandırsa da, $31 mln. maaşını ədalətli hesab edir.

Maliyyəçinin fikrincə, onun əmək haqqının “bu problem ilə heç bir əlaqəsi yoxdur”.

“Düşünürəm ki, biz nasistləri günahlandırmalıyıq, nəyəsə nail olmaq üçün çox çalışan insanları yox. Amerikan cəmiyyətində hər kəs daim bir-birinə hücum edir”, – deyə bankir qeyd edir.

Oktyabr ayında keçirilən tədqiqat göstərdi ki, orta statistik işçi baş direktorun maaşını qazanmaq üçün təqribən 100 il işləməlidir. Məhz buna görə də, işçilərin 80%-i baş direktorların aldıqları əmək haqqını ədalətli hesab etmir.

“Baş direktorların maaşlarını ədalətli hesab etməyən insanlar, “işçi düşüncəsini” nümayiş etdirirlər”, – deyə “Sərvət elitası” və “Kapitalizmin gücü” kitablarının müəllifi olan Rainer Zitelmann bildirir. Onun sözlərinə görə, rəhbərin məvacibi ilk növbədə şirkətinin səhmlərinin dəyərindən asılıdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here