Varlı olmaq üçün nə etmək lazımdır?

1
12043
zengin olmaq ucun dualar varli olmaq ucun dualar sansli olmaq ucun dua varli olmagin yollari nece varli ola bilerem pulun cox olmasi icin dua is tapmaq ucun oxunan dua varlanmaq ucun dua

Sizin hər bir probleminiz qısa müddətdə həll olunmalıdır. Adətən belə olduqda problemin həllinə az səy sərf olunur. Cəsarətli olun- az fikirləşib çox iş görün!

Siz başqasına nə qədər çox işləyirsinizsə, bir o qədər pis yaşayırsınız. Sevimli iş ilə məşğul olmaq isə iş hesab edilmir.

Daim öz marağınız üçün çalışın. Korporativ mədəniyyət haqqında çağırışları unudun. Şirkət sizin sayənizdə pul qazanır, yoxsa sizi orada işlətməzdilər.

Pullar sizə başqa insanlar vasitəsi ilə gəlir. Ünsiyyət qurun! Özünə qapalı insanlar nadir hallarda varlı olurlar.

Ətrafınız kasıb olacaqsa, siz də kasıblığa sürüklənəcəksiniz. Çox varlı insanların belə elə «qohumları, dostları və digər tanışları» var ki, onlardan mütəxəssiscəsinə ayrılmaq lazımdır. Çünki onlar sizi pullarınızdan ayıracaqlar. Əgər siz hələ də kasıbsınızsa, deməli sizin ətrafınızda varlı insanları sevmirlər, onlara hörmət etmirlər və hətta onlara nifrət edirlər. Hər zaman Qalib və Optimit insanlarla ünsiyyət qurmaq lazımdır.

Əgər siz məsuliyyətdən boyun qaçırsanız, kasıblıqla üzləşməli olacaqsınız!

Əgər sizin pulunuz azdırsa, biznes qurmaq lazımdır. Əgər sizin heç pulunuz yoxdursa, təcili olaraq biznes qurmağa başlayın! Problemlər və onların həll yollarını axtarın. Ən uğurlu qərarlarınızı biznes layihələri kimi tərtib edin və onları investorlara təklif edin.

Passiv gəlir əldə etməklə böyük sərvət qazanmaq olar. Sizin əldə etdiyiniz gəlir səylərinizdən asılı deyil. Özünüzə passiv gəlir mənbəyi yaradın və ömrünüzün sonuna qədər rahat yaşayın!

Səmərəli investisiya etməyin iki üsulu var. Birinci üsul- pulları qoruyun!

Ikinci üsul- risk etmək istəyirsinizsə, birinci üsula nəzər yetirin. Gəlir hər zaman xərcdən daha çox olmalıdır.

Dünyanın ən varlı insanlarının bioqrafiyalarını araşdırın.

Özünüzə bu sualları verin: «Mən əslində kiməm? Mənim qeyri- adiliyim nə ilə əlaqəlidir? Əgər mənim həddindən artıq çox pulum olsaydı, mən nə ilə məşğul olardım?» Və dürüst olaraq bu suallara cavab verin!

Həyatımızın ən vacıb ünsürü arzulardır! Arzu qurun və bu arzuların həyata keçəcəyinə inanın. İnsan arzu qurmadığı halda ölü kimidir.

İnsanlara kömək edin! Təmənna güdmədən kömək edin. Lakin həqiqətən də kömək etmək istədiyiniz insanlara kömək edin. Bu insanlar sizin qohumlarınız və tanışlarınız olmaya da bilərlər.

Komplimentlər deyin! İnsanları layiq olduqları halda tərifləyin. Bu sizin də özünzə inamınızı yüksəldəcək.

Öz nailiyyətlərinizi bir kitabçada qeydə alın. Məğlubiyyətlər və küskünlüklər daha uzun müddət yadımızda qalır. Buna görə təslim olduğunuzu hiss etdikdə bu kitabçanı oxuyun.

Və sizə verəcəyimiz son məsləhət. Heç vaxt, heç vaxt, heç vaxt təslim olmayın! Hər bir düşmənlə sona qədər mübarizə aparmaq lazımdır. Yoxsulluq isə hər bir insanın ən pis düşmənidir.

1 COMMENT