Varlı insanlar hansı telefonlardan istifadə edirlər?

Date:

Paylaş:

10. Mobiado Professional 3 AF

Bu telefonun çərçivəsi yumşadılmış alüminiumdan düzəldilib. Bütün düymələr və vintlər safir kristal təbəqəni tutmağa köməkçi paslanmayan poladdan emal edilmişdir.

Professional 3 AF 2.4 QVGA ekran, kamera, video, internet Gateway, e-poçt, musiqi pleyeri və Bluetootha sahibdir. Bu telefonun qara, ağ və gümüşü olmaq üzrə 3 rəng seçimi var. Qiyməti 1600 dollardır.

9. Blackberry Porsche Design P’9982

Porsche Design P’9982 cəmi 500 ədəd istehsal edilib və qısa müddət ərzində satışı bitib. Snazzier timsah modeli həqiqi timsah dərisi ilə örtülüdür. Qiyməti isə 2000 dollardır.

8. Gresso Radikal

Bu telefon modelindən cəmi 999 ədəd istehsal edilib. 8 meqapiksel arxa kamera, 32 gb daxili yaddaş, iki SIM kart və Android 4.1.2 Jelly Bean əməliyyat sisteminə sahibdir. Telefonun düymələri titandan istifadə edilərək düzəldilib. Qiyməti 2300 dollardır.

7. Tonino Lamborghini Antares

Bu lüks telefon lüks idman avtomobilləri istehsal edən Lamborghininin alt markası olan Tonino Lamborghini tərəfindən yaradılıb. Antares Lamborghininin loqosu olan qızğın öküzü üzərində daşıyır.

Cüt dinamikə sahib telefon arxasında 13 megapiksel və ön üzündə 5 megapiksel olmaq üzrə 2 kameraya sahibdir. Xüsusi müştərilər üçün 24 karat qızıl örtüklü versiyası da mövcuddur. Qiyməti 4300 dollardır.

6. Vertu Constellation

Vertu’nun Constellation modeli Vertu Ti’dən bir çox cəhətdən fərqlidir. Constellation daha estetik və incədir. 4.3 düym ölçü və gözləri yormayan safir şüşə ilə birlikdə Constellation’da daha böyük bir ekran var. Qiyməti 5740 dollardır.

5. TAG Heuer Meridiist

Lüks ağıllı telefon TAG Heuer Meridiist cızılmayan ekrana sahibdir. Ən azı 1 həftə enerji saxlama gücünə malikdir. Qiyməti 6100 dollardır.

4. Vertu Ti

Bu ağıllı telefon dəri naxışlı qutuya yerləşdirilmiş 3.7 düyüm safir ekrana malikdir. Vertu Ti 4.0 android sistemi ilə işləyir. 1.3 meqa piksel ön, 8 meqa piksel arxa kameraya sahib olan bu telefon əl istehsalıdır. Bu modelin qırmızı və mavi rəngləri də mövcuddur. Vertu Ti elit təbəqənin ən çox istifadə etdiyi telefonlardandır. Qiyməti 9600 dollardır.

3. Vertu Ti Ferrari

Vertunun məhdud sayda istehsal etdiyi Ferrari modeli. Telefonun örtüyündə almazdan istifadə edilib. Ağıllı telefonda qırmızı və qara tikişli dəri ilə birlikdə Alutex yumşaq materialdan istifadə olunub. Təbii ki Ferrari Vertuya xüsusi bir kilid ekran, 12 silindrli avtomobillərinin mühərrikindən çıxan səslərin melodiyaları və at emblemini də əlavə etməyi unutmayıb. Qiyməti 16309 dollardır.

2. Savelli Jardin Secret

Savelli Jardin Secret 11 fərqli modelə malikdir. Modellər dəvəquşu, iquana və timsah dərisi 1ilə 8 karat qızıl və keramika ərintilərdən istifadə edilərək hazırlanıb. Bu telefonu cazibədar edən estetik dizaynıdır. Ən seçmə modeli isə 75 seqment brilyant ilə bəzənən telefondur. Qiyməti 118.000 dollardır.

1. Ulysse Nardin Chairman Diamond Edition

Ulysse Nardin Chairman Diamond Edition, “DNT tanıma” xüsusiyyətinə sahibdir və kinetik enerjiylə batareyanı dolduran rotordan ibarətdir. Telefon safir kristal xüsusiyyətli 3.2 düyüm sensor ekran və 32 GB yaddaşa sahibdir. Androidin Jelly Bean 4.2 əməliyyat sistemi ilə çalışır. Telefonda gövdəsinə yerləşdirilən 3.000 almaz ilə bəzədilmişdir. Qiyməti 129.000 dollardır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...