Əsas səhifə Biznes Varlı insanlar 5 ortaq özəlliyi ilə

Varlı insanlar 5 ortaq özəlliyi ilə

1710
Paylaş
varlı insanlar

1 – Varlı insanlar nəyi sevirlər?

Varlı insanlar “hansılarının yapışacağını görmək üçün divara spagetti atırlar”. Başqa sözlə, zəngin insanların bir çoxu uğursuz olacağını bilə-bilə bir çox fərqli işlərə girişirlər. Yəni risk edirlər və bunun var-dövləti artırmağa köməkçi proses olduğunu bilirlər. Müvəffəqiyyətsizlik sayəsində nəyin həqiqətən işə yaradığını və yaramadığını kəşf edirlər. Bundan əlavə bu fikirlərin rədd edilməsi varlı insanları daha da gücləndirir və insanların böyük əksəriyyətinin əksinə müvəffəqiyyətsizliyi yalnız bir bariyer olaraq görürlər.

2 – Özlərinə investisiya yatırırlar

Onlar fərdi inkişafları üçün xərclədikləri pula xərc kimi yox, investisiya kimi baxırlar. Bir çox insan pula qarşı xəsis olan zaman varlı insanlar strateji olaraq özlərinə investisiya etməyin hər hansı bir səhmə, daşınmaz əmlaka investisiyadan daha üstün olduğunu bilirlər. İstər kitab almaq olsun, istərsə də ödənişli kurslara yazılmağa və ya ödənişli digər şəxsi inkişaf qruplarına qatılmağa varlı insanlar investisiya kimi baxırlar. Bəs siz?

3 – Varlı insanlar kimlərlə vaxt keçirirlər?

Varlı insanlara görə varlı insanlarla münasibət yaratmaq daha çox şans gətirir.

Açıq açıq bunu deyə bilərik: “Zəngin olmaq istəyirsənsə, zəngin insanlarla münasibət saxla”. Və: “Bir otaqda pulsuz dörd adam varsa, beşinci adam da sən olarsan”. Varlı insanlar daha varlı insanlarla vaxt keçirdiklərində öz varlıqlarını artırdıqlarını kəşf ediblər. İnsanlar yaxın ətraflarındakı insanların vərdişlərini və strategiyalarını götürürlər.

4 – Varlıların səhər vərdişləri var

İnsanların böyük bir hissəsi səhərlər zəngli saatı 14 dəfə təxirə salanda varlı insanlar çoxdan oyanır və sərvətlərini böyütməyə başlayırlar. “Varlı insanların bir çoxunun hər səhər etdikləri vərdişləri var.”

Bu səhər vərdişlərinə idman etmək, hədəflərin nəzərdən keçirilməsi, nahar və ya günə təsirli şəkildə başlamaqlarına köməkçi olacaq hər hansı bir şey daxil ola bilər. Günə digərlərindən daha güclü və müvəffəqiyyətli başlayırlar.

5 – Hədəflərini müntəzəm olaraq nəzərdən keçirirlər

Varlı insanlar hədəflərini dəqiq bilirlər və irəliləməyi təqib etmək üçün hədəflərini davamlı şəkildə nəzərdən keçirirlər, dəyişikliklər edirlər və hədəflərinə çatmaq üçün strategiyalar inkişaf etdirirlər.

İnsanların böyük əksəriyyəti gələcəklərini az düşünərkən, varlı insanlar hansı nöqtədə olduqlarını hər gün özlərinə xatırladırlar. Bunun nəticəsində bitiş nöqtələrinə daha sürətli və daha asan çatırlar.

Bu beş vərdiş zəngin insanların daha da zənginləşməsini təmin edir. Ancaq hər hansı bir insan da bu 5 vərdişi bu gündən etibarən həyatında tətbiq etməyə başlaya bilər.

Dünyanın ən varlı insanları haqqında isə Dünyanın ən varlı insanları adlı məqaləmizdən ətraflı məlumat ala bilərsiniz.