Əsas səhifə Yay təcrübə proqramı-Norm LLC

    Yay təcrübə proqramı-Norm LLC

    123
    Paylaş

    Posted 4 years ago

    YAY TƏCRÜBƏ PROQRAMI

    Tələbələrin elmi-texniki biliklərinin artılırması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə NORM MMC 2019-cu il üçün ödənişli «Yay təcrübə proqramı»nı elan edir. Yay təcrübə proqramı sizə öyrəndiklərinizi tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradır.

    Şirkət haqqında

    İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

    Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.

    Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.

    Kimlər müraciət edə bilər:

    Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:

    – Mexanika mühəndisliyi/Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
    – Eletrik / Elektronika/ Proseslərin avtomatlaşdırılması
    – Sənaye mühəndisliyi/ Mühəndis iqtisadiyyatı və idarəetmə
    – Geologiya
    – Kimya mühəndisliyi/Kimya texnologiyası
    – Tikinti materiallarının texnologiyası
    – İnşaat mühəndisliyi
    – Əməyin mühafizəsi / Ekologiya
    – Hüquq
    – İnformasiya texnologiyaları/Kompüter mühəndisliyi/Kompüter elmləri
    – Maliyyə/ Mühasibat uçotu və audit
    – Nəqliyyatın təşkili və idarəedilməsi
    – İqtisadiyyat
    – Biznesin idarəolunması

    Şərtlər:

    İş qrafiki: Standart (5 günlük)
    Müddət: 1-3 ay
    Əlavə olaraq: Nahar və nəqliyyat xidməti

    Qeyd: Təcrübə proqramı ödənişlidir

    Tələblər:

    – Təcrübə proqramına müraciət forması*
    – Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirən məlumat (Niyyət məktubu)*
    – Tələbə/Magistr olduğunu təsdiq edən sənəd (tələbə biləti)*
    – Elmi işlərin siyahısı (əgər varsa)
    – İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
    – Magistrlər üçün – bakalavr diplomunun surəti*
    * Bu tələbləri qarşılamaq zəruridir.

    Müraciətlər

    Müraciətlərinizi 3 may 2019-cu il tarixinədək [email protected] email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryBiznes

    Apply Online