Əsas səhifə Vergi uçotu üzrə aparıcı mütəxəssis-Buta Group

    Vergi uçotu üzrə aparıcı mütəxəssis-Buta Group

    40
    Paylaş

    Posted 4 years ago
    Vəzifə: Vergi uçotu üzrə aparıcı mütəxəssis
    İş yeri: Bakı şəhəri
    İş təcrübəsi: 5 il
    Təhsil: Ali iqtisadi təhsil

    İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

    Vəzifə öhdəlikləri:

    – Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
    – Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
    – Kameral uyğunsuzluqların  yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
    – Mənfəət və zərər, fiziki şəxsin gəlir hesabatının tərtib edilməsi;
    – Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
    – Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
    – Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
    – Debitorlar üzrə qalıqların yoxlanılması;
    – Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
    – Proqnoz balansının hazırlanması;
    – Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
    – Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.

    Tələblər:

    – Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
    – Komanda ilə işləmə bacarığının olması;
    – ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
    – Logo Unity proqram biliyinin olması arzu olunandır.

    Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

    Təminatlar:

    – İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

    İş qrafiki: 6 günlük

    Müraciət qaydaları: CV-nizi [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Vergi uçotu üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.

    Job Features

    Job CategoryBiznes

    Apply Online