1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: IT təhlükəsizliyi mütəxəsissi.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin təsviri:
• SIEM serverin, firewall-ların, antivirus serverlərinin və onların proqram təminatının fasiləsiz işini təmin etmək;
• Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
• Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
• İnfrasturkturda kənar şirkətlərin (ehtiyac olarsa) avadanlıq və proqram təminatnın quraşdırılmasında iştirak etmək və prosesə nəzarət etmək;
• İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;
• İstifadəçilər üzrə təhlükəsizlik sistemlərinin (Antivirus, Encryption, Device Control) quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi;
• 24/7 xidmətin ən yüksək səviyyəsini və təhlükəsizliyini proaktiv şəkildə təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
• Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
• Linux ƏS-ri, Microsoft Windows Server, Microsoft AD, üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
• Azure cloud sistemləri üzrə nəzəri və praktik biliklər;
• Azure Active Directory, Office 365 mail, File, Print server üzrə dərin nəzəri və praktik biliklər;
• Sistem təhlükəsizliyi üzrə biliklər;
• Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində bilik və təcrübə;
• LAN və başqa şəbəkə texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
• Şəbəkə Firewall-ları, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint təhlükəsizliyi və s.
• • İT təhlükəsizlik üzrə sertifikatlarının olması üstünlükdür
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– Ümumi nəqliyyat xidməti;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 09:00 – 18:00 və ya 08:00 -17:00
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İT Təhlükəsizliyi mütəxəssisi” yazmaqla müraciət edilir.
Job Features
Job Category | İnformasiya Texnalogiyaları |