STP MMC-nin zavodlarından biri olan Kabel zavodu üçün 2 nəfər təcrübəçi axtarışındayıq. Yeni əməkdaşlar Kabel zavoduna “Təcrübəçi mühəndis texnoloq” kimi cəlb ediləcəklər və ilk 3 ay ərzində istehsalat prosesi ilə tanış olub iş prosesini öyrənəcəklər və uğurlu təcrübə proqramının sonunda fəaliyyətlərini elə həmin zavodda mühəndis-texnoloq kimi davam etdirə biləcəklər.
Namizədlərə dair tələblər:
• Kabel istehsalı, texnologiyası, energetika, fizika, Elektronika və s. sahəsi üzrə yeni məzun olmuş məzunlar və ya son kurs tələbələr;
• Giriş balları və universitet qiymətləri yüksək olan namizədlərə üstünlük veriləcəkdir;
• Namizədlər mükəmməl Rus dili biliyinə malik olmalıdırlar;
STP MMC tərəfindən təcrübəçilərə təklif edilən şərtlər:
• Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
• Təcrübə müddətində başlanğıc əmək haqqı;
• Zavodun profili üzrə müvafiq peşənin öyrədilməsi;
• Nahar;
• Bakı və Sumqayıt şəhərlərindən nəqliyyat;
Namizədlərdən CV-lərini mövzu yerinə vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Job Features
Job Category | İnformasiya Texnalogiyaları |