Əsas səhifə Təchizat üzrə Mütəxəssis

    Təchizat üzrə Mütəxəssis

    401
    Paylaş

    R-Pharm MMC

    Posted 4 years ago

    Təchizat üzrə Mütəxəssis

    Ümumi vəzifə öhdəlikləri:

    • Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
    • Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif sorğularının keçirilməsini təşkil etmək;
    • Tenderin keçirilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq əşyalar və xidmətlərin, işlərin satınalınması üzrə tenderlərin elan olunmasını, tender prosesinin idarəolunmasını  təşkil etmək, tender təkliflərini təhlil etmək, ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
    • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
    • Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
    • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
    • Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
    • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
    • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.

    Tələblər:

    • Ali təhsil;
    • Dil bilikləri: Azərbaycan (əla), rus (əla) və ingilis (yaxşı);
    • “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
    • MS Office proqramları;
    • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
    • Satınalma prosesləri və ümumi prinsipləri anlamaq;
    • Bazarı təhlil etmək bacarığı;
    • Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
    • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
    • Yüksək kommunikasiya bacarığı.

    Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Təchizat üzrə Mütəxəssis” qeyd edərək   [email protected] e-mail ünvanına müraciət etmələri xahiş olunur.

    Job Features

    Job CategoryƏczaçılıq və Aptek biznesi, İnzibati

    Apply Online