Əsas səhifə Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri-Xalq Həyat Sığorta Şirkəti ASC

    Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri-Xalq Həyat Sığorta Şirkəti ASC

    99
    Paylaş

    Posted 4 years ago

    “Xalq Həyat” Sığorta Şirkəti ASC

    Vəzifə: Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri

    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
    Ünvan:     Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

    Öhdəliklər

    1. Media və kommunikasiya planları hazırlamaq və onu idarə etmək;
    2. Şirkətin fəaliyyətinə aid mətubat konfransları təşkil etmək;
    3. Sığorta və maliyyə bazarında Şirkətin nüfuzuna xələl gətirə biləcək hər hansı bir məlumat yayıldığı təqdirdə bu hallara qarşı dərhal operativ tədbirlər görərək onları aradan qaldırmaq;
    4. Marketing və Məhsul yaratma üzrə layihələrin planlarının və büdcələrinin hazırlanmasında iştirak etmək;
    5. Marketing və Məhsul yaratma layihələri üzrə məlumatların təhlilini aparmaq;
    6. Marketing layihələri üzrə tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak etmək;
    7. İdarəyə aid layihələrin idarə olunması üzrə işçi qrupunun formalaşmasında və işlərin icrasında iştirak etmək;
    8. İdarə layihələri üzrə aparılan işlərin Şirkətin digər sturuktur bölmələri ilə koordinasiya edilməsini təmin etmək;
    9. Lazım gəldikdə İdarə layihəsi üzrə zəruri dəyişikliklərin edilməsini təmin etmək;
    10. Şöbə əməkdaşları tərəfindən əmək intizamı və daxili qaydalara riayət olunmasına nəzarət etmək;
    11. Şöbə əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət etmək;
    12. Səlahiyyətlərinə aid olan məsələrlə bağlı Şirkətin iclas və tədbirlərində iştirak etmək;
    13. Şöbə əməkdaşlarına icrası məcburi olan göstəriş və tapşırıqlar vermək

    Tələblər

    14. Ali təhsil;
    15. MS Office proqramlarında işləmək bacarığı;
    16. Sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
    17. Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

    CV-lərinizi, mövzu hissəsində “Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

    Job Features

    Job CategoryBank, Marketinq, Satış

    Apply Online